“Real”ın sabiq qapıçısı İker Kasilyas yenidən Madrid klubuna qayıdacaq.

Unikal.org xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 39 yaşlı qapıçı “Real”ın prezidenti Florentino Peresin müşaviri olacaq. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

Son olaraq “Portu”da çıxış edən Kasilyas, 1999-2015-ci illərdə “Real”ın formasını geyinib.