Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.