Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb. Onun həyat yoldaşı, 1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir.

Qeyd edilir ki, əri həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.