Avropa Cənub Rəsədxanasının tədqiqatçıları kəpənək şəklində olan planetar dumanlığın fotounu çəkiblər.

Unikal.org xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə rəsədxananın rəsmi saytında bildirilib.

"NGC 2899" adıyla tanınan dumanlıq "Çox Böyük Teleskop" (ESO) (Very Large Telescope (VLT) vasitəsi ilə çəkilib. Kosmik cism "Yelkən bürcü"ndə yerləşir.

Əldə olunan foto dumanlığın bu günə qədər çəkilən ən aydın şəklidir.

Mənzərə öz gözəlliyi ilə görənləri heyran edir.