“Ford” avtomobil konserninin rəhbəri Cim Hakett istefa verib.

Unikal.org xəbər verir ki,  bu addım şirkət rəhbərliyində kadr dəyişiklikləri çərçivəsində atılıb.

65 yaşlı C.Hakett oktyabrın 1-dək öz vəzifələrini icra edəcək. Bu müddətdən sonra Cim Farli “Ford”a rəhbərlik edəcək.

Cim Hakett 2021-ci ilin martınadək şirkətin xüsusi müşaviri funksiyalarını icra edəcək. O, 2017-ci ildən etibarən “Ford” konserninə rəhbərlik edirdi.