Dağıstanın Dərbənd rayonunun keçmiş rəhbəri Qurban Qurbanov həbs edilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Q. Qurbanov qanunsuz torpaq sahələrinin ayrılması ilə bağlı cinayət işi çərçivəsində həbs olunub..

Onun evindən axtarış aparılıb və maddi sübutlar götürülüb. Sabiq icra başçısının ümumilikdə 56 hektar ərazini ona yaxın olan şəxslərə ayırdığı iddia edilir.