Türk müğənnisi Sinan Akçılı evlənməyə hazırlaşdığı Burcu Kıratlı üçün yazdığı mahanını Sibel Can ifa edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sinan Akçılın keçmiş sevgilisi müğənni Hadisə sosial media hesabında həmin mahnını paylaşaraq çox bəyəndiyi bildirib. 

Qeyd edək ki, “En Büyük Aşkım” adlı həmin mahnı izlənmə sayına görə rekord qırmaqda davam edir.