Türkiyəli məşhur müğənni Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç yeni eşq həyatı ilə gündəm olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, serbiyalı müğənninin yeni sevgilisi ixtisasca proqramçı olan Rona Gürçaydər. Şou gündəmindən gizlənməyə çalışsalar da cütlük bir neçə dəfə Eminanın bağ evinin önündə görüntüləniblər. Gürçayın isə Eminanın bağ evinin yanında bir hotelə yerləşdiyi bildirilir. 

Qeyd edək ki, Mustafa Sandaldan boşanma sonrası Emina Yahoviçin adı biznes sahibi Sadettin Saranla hallanmışdı.