Daha əvvəl COVID-19 olan şəxslə təmasda olduğu üçün özünü təcrid edən Bolqarıstan respublikasının Baş naziri Boyko Borisovun koronavirus testinin nəticəsi müsbət olub.

Unikal.org xəbər verir ki, bu barədə Baş nazir özünün feysbuk səhifəsində yazıb.

“Bölgə tibbi müfəttişliyi karantinimi rəsmən ləğv etməsinə baxmayaraq, bütün iclaslarımı və kütləvi tədbirlərimi təxirə saldım. İki PCR testindən sonra bu gün nəticə müsbət oldu. Halsızlıq hiss edirəm və evdə müalicə olunuram”.