İkinci Qarabağ Müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

Unikal.org xəbər verir ki, məktub Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən əsirin ailəsinə çatdırılıb.

A.Musayev məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib: "Salam, ana necəsən? mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana, sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana".

Qeyd edək ki, əsgər Amin Musayev Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşüb. Bu yaxınlarda BQXK əməkdaşları ona baş çəkiblər.