Aran zonası üzrə toplantı keçirilib.

Unikal.org xəbər verir ki, Aran zonası üzrə Sabirabad rayonunda keçirilmiş  toplantıda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkilləri Şahin İsmayılov və Ramin Məmmədov iştirak ediblər.

300 nəfərə yaxın gəncin iştirakı ilə keçirilmiş zona toplantısını Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq, toplantının gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd edib.   Şirvan şəhərindən Rəşad Aslanov, Hacıqabul rayonundan Əlicabbar Məmmədov,  Sabirabad rayonundan Səməndər Cəfərli, Saatlıdan Yunis Zeynalov , Beylaqandan  Mürsəl Behbudlu çıxış ediblər. “Böyük qayıdış”da gənclərin vəzifələri və Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır mövzularında çıxışlar dinlənilib .
Zona toplantısında Aran zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 52 nümayəndə seçildi və Zona Toplantısının Qətnaməsinin  qəbulu ilə başa çatdı.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.