"Azərbaycan dövləti güclü dövlətdir və bu dövlətin İlham Əliyev kimi güclü lideri var. Yaşasın Azərbaycan, yaşasın möhtərəm Prezident".

Unikal.org xəbər verir ki, bu sözləri illər əvvəl Ali Baş Komandan İlham Əliyevlə görüşdə deyən, Firdovsi Umudov daim ölkəmizin qələbəsinə öz töhfəsini verib. 

Sentyabrın 27-də başlayan Vətən müharibəsində Dövlət Sərhəd  Xidmətinin polkovik-leytenantı kimi ön sıralarda xidmət edən Umudov müharibəyə qədərki dövrdə də bayrağımızın daim ucalarda olmsına çalışıb. 

Hələ 2016-cı il aprel döyüşlərində qazandığımız qələbədən sonra güləş üzrə beynəlxalq arenada əldə etdiyimiz uğurlar onun rəhbərliyi altında şəhidlərimizə qazilərimizə, həsr edilmişdi. 

Umudov bayrağımızın bizə dədə-babalarımızın qanı bahasına gəlib çatdığını, şəhidlərimizin qanı hesabına qorunduğunu bildirmişdi:

"Bu bayraq şəhidlərimizin qanı bahasına qorunub. Daim onu qorumalıyıq”.

Bunun məntiqi nəticəsi kimi Umudovun daim üzərində gəzdirdiyi üçrəngli şanlı bayrağımız hazırda Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızda dalğalanır.