Biləsuvar rayonunda şəhid gizir 1994-cü il təvəllüdlü Əlizadə Tahir Qəribəli oğlu dəfn edilib.

Unikal.org xəbər verir ki, bir ay əvvəl ağır yaralan gizir həkimlərin səyinə baxmayaraq bu gün xəstəxanada vəfat edib.

Şəhid bu gün şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və şəhidin yaxınları iştirak edib.

Allah rəhmət eləsin!