Zərdab rayonunun Şahhüseynli kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.