Türkiyənin Eskişehir ərazisində oğurluq hadisəsi baş verib.  

Unikal.org xəbər verir ki, kuryer çalışan gənc açarı üstündə motosikleti küçədə park edib.  Komendant saatı zamanı heç kəsin olmayacağını düşünən gənc geri qayıdanda motosikletinin yerində velosiped görüb.  

Belə ki, hadisəni törədən şəxs ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunub. Oğru motosikleti velosipedi ilə dəyişərək heç nə olmamış kimi ərazidən uzaqlaşıb. Faktla bağlı araşdırma davam etdirilir.