Meksikada dəfn mərasimi zamanı silahlı hücum baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Quanhayto əyalətində baş verən hadisə zamanı naməlum şəxslərdən ibarət silahlı qrup mərasimdə iştirak edənlərə atəş açaraq silahlı hücum təşkil edib.

Nəticədə 9 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb. Kriminal regionda yerləşən bu əyalətdə vaxtaşırı analoji cinayət hadisələri baş verir. Hazırda hüquq-mühafizə orqanları cinayət işi qaldırıb və araşdırmalar aparılır.