Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya ilə əlaqələr yaradılmasının yenidən inkişafı barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen İn Koreya Xalq Demokratik Respublikası (KXDR - Şimali Koreya) Kommunist Partiyasının dörd gün davam edən 8-ci qurultayında bu barədə danışıb.

O qeyd edib ki, Cənubi Koreya ilə əlaqələrin inkişaf etdirilməsinə yenidən başlamaq olar, lakin Cənubi Koreya əvvəlcə bunun üçün şans əldə etmək üçün çalışmalıdır. Onun sözlərinə görə, Şimali Koreya və Cənubi Koreya arasında anlaşmaların imzalanması da bu şərtlə mümkündür.

"Cənubi Koreya ilə əlaqələr yarana bilər, amma Cənubi Koreya bunu qazanmalıdır", - deyə Kim Çen İn bəyan edib. Qurultayda həmçinin ölkənin növbəti 5 il üçün planları və hədəfləri də müəyyən edilib.