Hindistanda xəstəxananın yanması nəticəsində 10 uşaq həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Maharaştra ştatında baş verib. Doğum şöbəsində reanimasiyada yerləşdirilmiş 10 uşaq faciə nəticəsində həyatını itirib. Uşaqların hamısı 1-3 aylıq olub.

7 yeni doğulmuş uşağın həyatı isə xilas edilə bilib. Yanğının ilkin səbəbi kimi elektrik xətlərində qısa qapanma kimi göstərilir. Cinayət işi açılıb və araşdırmalar davam edir.