Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə,qəza magistralın Dəlimməmmədli yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "ZİL" markalı yük avtomobili "Mercedes Vito" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində yük maşını aşıb, mikroavtobus isə tamamilə yarasız hala düşüb. Bir nəfərin öldüyü, 6 nəfərin isə müaxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Orxan Həsənli