“Barselona” klubu yayda Serxi Robertonu satmağa hazırdır.

Unikal.org xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın 29 yaşlı futbolçu üzün azı 60 milyon avro tələb etdiyi bildirilib.

“Barselona”nın yetirməsi olan Robertonun müqaviləsi 2022-ci ilin yayına qədərdir. Cinah oyunçusu bu mövsüm La Liqada 8 oyuna çıxıb.