Serxio Ramos Lionel Messi ilə bağlı maraqlı açıqlama verib. 

Unikal.org "Madrid Xtra"ya istinadla xəbər verir ki, "Real"ın kapitanı "Barselona"nın kapitanını öz komandasında görməkdən məmnunluğunu dilə gətirib. Lakin bunun baş verməyəcəyini də yaxşı bilir: "Messini Madriddə 100 faiz qəbul edərdim. Bu, birmənalıdır. Hətta onu mənə kömək etmək üçün evimə də dəvət edərdim (gülür). Amma özüm heç vaxt "Barselona"da oynamaram. Nə 50 milyon avroluq maaşa, nə 70 milyonluq. Həyatda elə şeylər var ki, pulla almaq olmur. 

Qeyd edək ki, "Kral klubu" ilə müqaviləsinin müddəti yayda başa çatacaq Ramos yeni sözləşməyə qol çəkməkdə tələsmir.