Qarabağda “İsgəndər-M” raket komplekslərinin aşkar edilməsi məsələsi hərbi xətlə müzakirə olunur.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:

“Hərbçilərin xətti ilə tam dialoq həyata keçirilir ki, bunun da gedişatında bütün müvafiq məsələlərin müzakirə olunur”, - deyə Peskov  jurnalistlərin sualına cavab olaraq bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində bu gün keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. Prezidentin tapşırığı ilə Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib.