Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1219 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 294 540, ölənlərin sayı isə 3 925 nəfərə çatıb. Virusa yoluxanlardan 280 132 nəfərin sağaldığı bildirilir.