İspaniyadan Amsterdama gedən təyyarədə maska ​​taxmaqdan imtina edən altı sərnişin saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə "Schiphol" hava limanına məxsus  təyyarə qeydə alınıb. Belə ki, 6 ispan sərnişin təyyarədə maska ​​taxmaqdan imtina edib. Səlahiyyətli şəxslər onlara dəfələrlə xəbardarlıq etsələr də onlar buna boyun qoymayıblar.  

Hadisə  yerinə  polis cəlb olunub. Sərnişinlər təyyarədən düşürülüb. İlkin dindirilmə üçün olar bölməyə aparılıb.