Azərbaycanın avrokubokların 2020/21 mövsümündəki təmsilçilərinin tam tərkibi dəqiqləşib.

Unikal.org xəbər verir ki, sonuncu vəsiqə Azərbaycan kubokunun bugünkü finalında sahibini tapıb.

“Sumqayıt” üzərində qələbə qazanan (2:1) “Keşlə” qitə miqyaslı turnirlərdə oynamaq hüququna yiyələnib. Bakı təmsilçisi ilk dəfə keçiriləcək Konfrans Liqasında mübarizə aparacaq.

Sənan Qurbanovun yetirmələri yeni turnirdəki debütündə II təsnifat mərhələsindən yarışa qatılacaq.

Bunadək “Qarabağ”la “Sumqayıt” da eyni turnirin eyni mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasında isə “Neftçi” qüvvəsini sınayacaq.

Bir sözlə, Azərbaycanın avrokuboklardakı təmsilçiləri bir il əvvəlki komandalardır. Yenə eyni “dördlük” qitə səhnəsinə çıxsa da, bəzi dəyişikliklər qeyd olunmalıdır. Çempionlar Liqasında “Qarabağ” deyil, “Neftçi” oynayacaq. Ağdam klubu, həmçinin ötən il Avropa Liqasında oynamış “Keşlə” ilə “Sumqayıt” bu dəfə yeni turnirdə çıxış edəcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi
“Neftçi”
Konfrans Liqası, II təsnifat mərhələsi
“Keşlə”
“Qarabağ”
“Sumqayıt”