"Qarabağ" klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Unikal.org klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.

Otuz yaşlı oyunçu "köhlən atlar"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl kapitanı Maksim Medvedevlə ikiillik müqavilə bağlayıb.