"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti mətbuat konfransı keçirib.

Unikal.org xəbər verir ki, italiyalı mütəxəssis komandadakı gələcəyi hələ ki, bəlli olmayan Serxio Ramos barədə açıqlama verib:

"Serxio Ramossuz "Real Madrid" düşünə bilmirəm. Ramosun klub üçün çox vacib oyunçu olduğu həqiqətdir. Yeni anlaşma görüşlərinin davam etdiyini bilirəm, amma detallara bələd deyiləm".

Ançelotti, ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirən Qaret Beyl barədə bu sözləri deyib: "Geri qayıdacaq. Gələn mövsümdə özünün daha yaxşısını ortaya qoyacağından şübhəm yoxdur".