İsmayıllıda külli miqdarda çətənə kolu yandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 239 kiloqram olan 1 548 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.