Xalq artisti  Sərxan Sərxanın "Rayonlu nə bilir konsert nədir" başlıqlı açıqlaması mediada müzakirələrə səbəb olub. Hətta xalq artistinin bu  fikri  sosial mediada tənqidlə  qarşılanıb. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama  verən  xalq artisti Sərxan Sərxan bu fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib:

"Mediada yayılan  "Rayonlu nə  bilir konsert nədir, teatr nədir"  başlıqlı açıqlama əsassızdır. Sərxan belə dedi, elə dedi, utanmırlar?!  İndi konsertə kim gedir? Heç şəhər əhalisi getmir. Bu nə xəbərdir mənim adımdan yayımlanır. Bunu yayanlar məni  xalqa düşmən  etmək istəyirlər. Mənim əksər dostlarım rayonludurlar. Belə baxanda elə hər birimizin kökü rayona gedib çıxır. Dünən haqqımda çıxan  "primitiv"  xəbərlər  məni  çox əsəbləşdirdi. Heç gözləməzdim".

Gülayə Mecid