Tovuz rayonunda yanğın baş verib.

Unikal.org xəbər verir ki, hadisə Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi evdə qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.(report.az)