Şirvanda 36 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib.

Unikal.Org-un məlumatına görə, Şirvan sakini, 1985-ci il təvəllüdlü Mürsəlova Gülnaz Fikrət qızı 70%-li sirkə turşusu içərək intihara cəhd edib. 36 yaşlı qadın ağır vəziyyətdə qida borusunun və mədənin kəskin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.