Əfqanıstanın Kapisa və Qəzni vilayətlərində daha iki il Taliban rəhbərliyinin nəzarətinə keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Taliban hücumundan sonra Nijrab (Kapisa) və Malistan (Qəzni) inzibati mərkəzlərindən geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib.

Eyni zamanda, Əfqanıstan Müdafiə Nazirliyi Samangan vilayətinin Dere-i Suf Bala bölgəsi üzərində nəzarəti geri qaytardığını elan edib.

Ümumiyyətlə, son bir gündə ölkənin 10 əyalətində Talibanla qarşıdurmalar meydana gəlib.

Qarşıdurmalar və əməliyyatlar zamanı 233 silahlı öldürülüb, 88 nəfər yaralanıb.