"Medalsız qaldım. Medal qazanmağı hamıdan çox mən istəyirdim".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

Bayraqdar bütün gücünü 1/4 finalda yaponiyalı olimpiya çempionu Şohei Ono ilə görüşdə itirdiyini bildirib: "Püşk yaxşı gətirmədi. Üçüncü görüşümdə olimpiya çempionuna rəqib oldum. Ono ilə qarşılaşmadan sonra bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci oldum. Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm".

"Hələlik özümə gələ bilməmişəm. Özümə gəlsəm, yaxşı olacaq. Buradan mənə dəstək olanların hamısına "çox sağ olun" demək istəyirəm" deyə 30 yaşlı idmançı əlavə edib.

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də 3-cü yer uğrunda görüşdə cənubi koreyalı dünya çempionu An Çanqrimə uduzub.