Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, rayon ərazisində VAZ-2107 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Şabran rayon sakinləri - 1990-cı il təvəllüdlü Sahib Cavanşir oğlu Nəsirov və 1994-cü il təvəllüdlü Xıdır Ramiz oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.