Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Zəhmətabad kəndində qeydə alınıb. 

Yardımlı rayonu Zevin kənd sakini - 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ 69" markalı yük avtomobilini yolun kənarına aşırıb.  Qəzada sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sərnişin - 1990-cı il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu  müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qəzanın baş vermə  səbəbi  araşdırılır.