Bazar günü Burkina Fasonun şimal-qərbində təşkil edilən hücum nəticəsində ən az 12 əsgər  ölüb, 7-nin isə itkin düşdüyü bildirilib.

Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordudan heç bir açıqlama verilməyib. Mənbələr hadisənin Mali ilə sərhəd yaxınlığında baş verdiyini bildirib. 

Hücuma görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Ağarza Elçinoğlu