"Məhərrəmlik ayında bəzi müğənnilər var ki, toya  gedir. Bunun üçün daha çox Moskvadan dəvət alırlar. Amma mən dəvət aslam, belə getmərəm". 

Bu sözləri Unikal.org-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib: "Bu bizim işimizdir. Konsertlərimiz ola bilər,  dəvət alırıq, səhnəyə çıxıb mahnımızı oxuyuruq". 

İfaçı Azərbaycanda tətbiq olunan sərt karantin dönəmində  maddi sıxıntı  çəkdiyini  bildirib:

"Karantin vaxtı  maddi sıxıntılarım olub. Amma mənim şeirlərim, mənə  kömək oldu.  Şeirlərimin olduqca çox pərəstişkarları var, onların sevgisi, ruzisi məni darda qoymadı. Hazırda yeni bəstələrimin, şerilərimin üzərində  çalışıram. Ötən günlərdə  "Azan" adlı  şerimi  oxucularıma təqdim etdim. Həmin şeir bir sıra müzakirərə səbəb oldu. Ümumiyyətlə mənim yaradıcılığım bir istiqamətdə  deyil,  bir neçə şaxəli mövzulardadır.Və bunlara görə hər biri teatrlaşdırılmalı,səhnələşdirilməlidir. Buna da pul lazımdır. Mən də daim zamanın  nəbzini  tutmağa çaılşıram. Şou proqramlara qatılıram, səhnələrə  çıxıram.  Bu isə  mənim yaradıcılığımın vaxtından gedir. Bəzi  ziyalılarımız məndən xahiş edirlər ki, verilişlərə çıxmayım,  toylara getməyim. Çünki bildirilər ki, bu mənim qızıl vaxtımdan gedir.  Deyilir ki, Azərbaycanda yaxşı yazan bəstəkar varsa,  onun üçündən biri mənəm.  Vaxtımı şouyaya xərcləməməyi məsləhət görürlər". 

Son olaraq, müğənni koronavirusdan qorunduğunu da qeyd edib.  

"Allah məni qorudu. Pandemiyanın  ciddi vaxtlarında, efirlərdə,  xalqın içində oldum. Amma ki, Allaha çox şükürlər olsun ki, virusa yoluxmadım. Onu da deyim ki, koronavirusa qarşı vaksin vurdurmuşam". 

Gülayə  Mecid