Əfqanıstanın paytaxtı Kabildə silahlı hücum nəticəsində iki prokuror öldürülüb.  

Unikal.org xəbər verir ki,  Əfqanıstan Baş Prokurorluğu, Kabilin Deh Sebz rayonunda iki prokurora naməlum şəxslər tərəfindən hücum edildiyini açıqlayıb.

Prokurorların həyatlarını itirdikləri bildirilən ifadədə, hadisənin "insanlığa qarşı cinayət" olduğu qeyd edilib. 

Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. Faktla bağlı araşdırma aparılır. 

 Gülayə  Mecid