Almaniya milli komandasının və PSV-nin futbolçusu Mario Getsenin qardaşı Feliks Getse xəstəxanalıq olub.

Unikal.org xəbər verir ki, 3-cü Bundesliqa təmsilçisi “Viktoriya”da çıxış edən Feliks “Kayzerslautern”lə matçda rəqib oyunçu ilə toqquşub və yerdə qalıb.

Feliks həkimlərin ilkin müdaxiləsindən sonra dərhal xəstəxanaya aparılıb. Yarımmüdafiəçinin kəllə sümüyündə qırıq aşkarlanıb.

“Viktoriya” – “Kayzerslautern” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.