Salyan rayonunda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə Salyan rayonunun Düzənlik kəndində qeydə alınıb.

Bildirilib ki, həmin kəndin sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu "Ford" markalı avtomobil vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.