Gəncədə intihara cəhd baş verib. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Bildirilib ki, orta yaşlı qadın həmin ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.