“İndi bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir”.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Füzuli və Cəbrayıl şəhərlərinin və bütövlükdə rayonların baş planı təsdiq ediləcək”, - dövlət başçısı vurğulayıb.