Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 05.10.2021-ci il tarixdən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.