Ermənistanda son sutka ərzində daha 891 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 266 208 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5419-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1220 nəfərdir. Aktiv xəstələrin sayı 14 193 nəfər təşkil edir.