“Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir: “Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm bu gün Zəngilanda rəsmi mərasimin keçirilməsi, Türkiyə və Azərbaycan dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdəydik, bu gün də bir yerdəyik”.