Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 348 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 728, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 922 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 328 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 055 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 532 579, buster doza üzrə vaksinasiya olunanların sayı isə 740 961 təşkil edir.