Bu gün  Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 

"Unikal"  xəbər  verir ki, tTədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, Yap Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov,  Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəsissə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, DİN-nin Polis Akademiyası və Siravi və kiçik rəis heyəti hazırlayan məktəbin kursantları, bir qrup hərbi qulluqçu və ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbir iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə əklik və gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edib. 

Daha sonra Şağan qəsəbəsi, Şağan Mədəniyyət Mərkəzində Orxan Cabbarlının müəllifliyi ilə Azərbaycan Televiziyası tərəfindən lentə alınmış Ulu Öndər Heydər Əliyev haqqında “Unudulmaz gün” adlı sənədli filmin nümayişi keçirilib.