Fransada son sutkada COVID-19 infeksiyasına 328 214 yeni yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, son həftə ərzində gündəlik yoluxmanın orta sayı 267 223-ə çatıb.

Son 24 saat ərzində 193 nəfər pandemiyanın qurbanı olub. Bununla Fransada koronavirus qurbanlarının ümumi sayı 125 206-ya çatıb.