İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Gülməmmədova qalmaqallı icra başçısı kimi yadda qalıb. O, qeyri-qanuni tikintilərlə bağlı tez-tez gündəmə gəlib.