“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Unikal" xəbər verir ki, İlqar İsmayılov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına "İdeal perfumery & cosmetics" əmtəə nişanının ekspertizası ilə bağlı 03.07.2021 tarixli qərarına etirazını bildirib.

Etiraza 25 yanvar 2022-ci il, saat 12:30-da qurumun Apellyasiya şurasında baxılacaq.

Qeyd edək ki, iclas Agentliyin Mərdanov qardaşları 124 ünvanında yerləşən binasında keçiriləcək.